DSX-nin taktiki təlimlərində ilk dəfə nümayiş etdirilən “Iguana” amfibiya kateri – FOTO

DSX-nin taktiki təlimlərində ilk dəfə nümayiş etdirilən “Iguana” amfibiya kateri – FOTO

Dövlət Sərhəd Xidmətinin Xəzər dənizində keçirlən taktiki təlimləri zamanı ilk dəfə olaraq “Iguana” amfibiya katerləri nümayiş etdilib.

“Poliqon”un məlumatına görə, Fransanın “Iguana Yachts” şirkətinin istehsalı olan yeni “Iguana Pro” itisürətli amfibiya katerinin sahil mühafizəsi, sərhəd nəzarəti, axtarış-xilasetmə və digər yüksək sürətli əməliyyatlarda istifadəsi nəzərdə tutulub.photo 20210916120831

Suda və quruda hərəkət etmək qabiliyyəti olan kater quruda hərkət etməsi üçün xüsusi tırtıllarla təchiz edilib. Xüsusi tırtıllar lazım olduqda katerə asanlıqla yerləşdirilə və su üzərində hərəkət edərkən sürət üçün gövdəsinə bükülə bilir. “Iguana” kateri sahilə çatdıqdan sonra 8 saniyədə, təqribən 7 km/saat sürətlə hərəkət edə bilən tırtıllı quru nəqliyyatına çevrilir.

Uzunluğu 10 metr təşkil edən “Iguana” katerin suda sürəti 92 km/saatdır. Maksimum 1110 kiloqrama qədər yük götürmə imkanı olan amfibiya kater 350 at gücündə iki mühərriklə təchiz olunub və 5 nəfər heyəti daşımaq qabiliyyətinə malikdir.

“Iguana” tırtıl izləri olan dünyanın yeganə itisürətli kateri hesab olunur. Müasir texnologiya ilə təchiz edilmiş güc qurğusu həm səmərəli, həm də son dərəcə davamlı olması üçün xüsusi olaraq hazırlanıb. Hidravlik sistemi sadə mexanizmlərlə birlikdə uzun müddət istismar və asan təmir edilə bilir. Katerin dizaynı sərt hava və dənizidə yüksək dalğalı şəraitlərdə təhlükəsiz bir şəkildə hərəkət etməyə imkan verir. Yüksək sürət və manevr təmin edən şok təsirini azaltma quruluşu ilə kater dərin V formalı gövdə üzərində inşa edilib.

dsx təlim3Mütəxəssislərin fikrincə, “İguana” düşmən ərazisində əməliyyatlar yerinə yetirən xüsusi bölmələr üçün idealdır. Məsələn, sahilə çıxdıqdan sonra kater, özünü gizlətmək üçün ərazinin dərinliyinə girir və enmə nöqtəsində qalmır. Bundan əlavə, amfibiya kateri yükləri çatdıra, yaralıları evakuasiya edə, həmçinin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında iştirak edə bilər. “Iguana”nın dizaynı katerin ön tərəfinə pulemyot quraşdırılmasına imkan verir.

Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələri də 2020-ci ilin sonunda “İguana” katerləri alıb. Pentaqonun ehtiyacları üçün bu cür katerlərin böyük bir hissəsini almaq ehtimalı yüksəkdir.

(Həmçinin bax: Fransanın yeni amfibiya kateri “Iguana 31”)

amphibious craft

amphibious craft 1

Iguana Pro Amphibious Craft calls on virtual visitors Euronaval Online 2020 France 925 001

Poliqon.az

CATEGORIES
TAGS