DSX-nin Xüsusi Məktəbində yeni dərs ilinin başlaması ilə bağlı tədbir kеçirilib

DSX-nin Xüsusi Məktəbində yeni dərs ilinin başlaması ilə bağlı tədbir kеçirilib

Sentyabrın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinə yeni qəbul olunmuş 5-ci sinif kursantların və valideynlərinin qarşılanması münasibəti ilə tədbir kеçirilib.

DSX-nin mətbuat mərkəzində “Poliqon”a verilən məlumata görə, tədbir zamanı kursantlara və valideynlərə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən xüsusi təyinatlı tədris müəssisəsi statusu verilmiş bu tədris ocağı haqqında ümumi məlumat verilib, zəngin ədəbiyyat fonduna malik kitabxana, ən yüksək səviyyədə qurulmuş və müasir avadanlıqlarla təchiz olunmuş sinif otaqları nümayiş etdirilib.

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin fəaliyyətə başlaması ilə Azərbaycanın sərhəd təhlükəsizliyini təmin edəcək ixtisaslı zabit kadrların hazırlanması üçün 11 illik təhsil dövrünü əhatə edən mükəmməl hərbi tədris sisteminin formalaşması qeyd edilib.

DSX-nin Xüsusi Məktəbində kursantların maraq və potensial imkanları, fərdi xü­susiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə, milli-mənəvi dəyərlərə malik, sağlam, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmaları onları Dövlət Sərhəd Xidmətinin Akademiyası üçün hazırlanması tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Kursantların idmanla məşğul olmaları üçün idman kompleksində müasir idman avadanlıqları və mövcud olan müasir səviyyədə su hovuzu tədbir iştirakçılarına nümayiş etdirilib.

Bütün kompleks üzrə videomüşahidə sisteminin mövcud olması sayəsində tədris prosesi və kursantların dərsdən sonrakı fəaliyyətlərinin nəzarətdə saxlanıldığı, kur­santların asudə vaxtlarının faydalı keçirmələri, intellektual və yaradıcı məşğuliyyətləri üçün geniş imkanların olduğu xüsusi olaraq qeyd edilib.

Bundan başqa, kursantların atıcılıq hazırlığı ilə məşğul olmaları, peyntbol və digər idman meydançalarının da onların ixtiyarında olduğu bildirilib.

CATEGORIES