DSX tərəfindən 2661 hektar ərazi mina və PHS-lərdən təmizlənib

DSX tərəfindən 2661 hektar ərazi mina və PHS-lərdən təmizlənib

2023-cü ildə Dövlət Sərhəd Xidməti (DSX) 2661 hektar ərazini mina və partlamamış hərbi sursatlardan (PHS) təmizləyib.

“Poliqon” xəbər verir ki, DSX tərəfindən minatəmizləmə əməliyyatları zamanı 1598 ədəd piyada, 1763 ədəd tank əleyhinə mina və 518 ədəd partlamamış hərbi sur­sat zərərsizləşdirilib.

İşğaldan azad edilmiş ərazilərdə 150 km məsafədə yeni yolların çəkilməsi, 354 km yolların əsaslı təmir olunması və 7.1 km məsafədə hərəkət təhlü­kə­sizliyi üçün xüsusi valla­rın salınması həyata keçirilib.

CATEGORIES