TəlimXəbərlər

EFES-2026 çoxmillətli təlimində praktiki atış məşqləri icra olunub – VİDEO

Türkiyədə keçirilən EFES-2026 çoxmillətli təlimi çərçivəsində praktiki atış məşqləri icra edilib.

Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, müştərək praktiki atış fəaliyyətləri çərçivəsində Türkiyə, Azərbaycan, Albaniya və Suriya hərbi qulluqçularının iştirakı ilə Narlıdərə, Kartal/Menteş, Alankırı, Bahadır adası və Paşaçiftliyi hərbi düşərgə bölgələrində artilleriya və minaatan atışları üzrə təlimlər keçirilib.

Qeyd edək ki, EFES-2026 çoxmillətli təlimin əsas məqsədi iştirakçı ölkələrin bölmələri arasında genişmiqyaslı əməliyyatların keçirilməsi zamanı koordinasiyanın gücləndirilməsi, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərin təkmilləşdirilməsidir.

Back to top button