
Türkiyədə keçirilən EFES-2026 çoxmilətli təliminin hazırlıq fəaliyyətləri çərçivəsində Kartal hərbi düşərgə bölgəsində “Yaşayış Məntəqəsində Döyüş Təlimi” icra olunub.
Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Təlim Türkiyə, Azərbaycan, Qırğızıstan, Liviya, Macarıstan, Şimali Makedoniya, Monqolustan, Niger, Pakistan, Rumıniya, Suriya və Zambiya hərbi qulluqçularının iştirakı ilə həyata keçirilib.
Qeyd edək ki, EFES-2026 çoxmillətli təlimin əsas məqsədi iştirakçı ölkələrin bölmələri arasında genişmiqyaslı əməliyyatların keçirilməsi zamanı koordinasiyanın gücləndirilməsi, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərin təkmilləşdirilməsidir.




