Erhan Kanat: “Poliqon” HAVELSAN-ın çox yaxından izlədiyi jurnaldır

Erhan Kanat: “Poliqon” HAVELSAN-ın çox yaxından izlədiyi jurnaldır

“Poliqon” hərbi-texnoloji jurnalı HAVELSAN şirkətinin çox yaxından izlədiyi bir jurnaldır. “Poliqon” jurnalından çox faydalanırıq və Azərbaycan dövləti üçün çox ciddi qatqıları olan bir jurnal olduğunu düşünürük.

“Poliqon” xəbər verir ki, bu fikirləri Azərbaycan Mətbuat Şurasında keçirilən POLİQON jurnalının 10 illik yubiley tədbirində Türkiyənin HAVELSAN şirkətinin Bakı ofisinin direktoru Erhan Abdullah Kanat söyləyib.

“Bu gün xatirəsi anılan “Poliqon” jurnalının yaradıcısı Rəşad Süleymanovla heç vaxt tanış olmaq imkanım olmadı. Amma eşitdiyimə görə çox yaxşı bir insan olub. Vətəni, xalqı üçün çox faydalı işlər görən bir insan olduğunu eşitmişəm. Allah qəni-qəni rəhmət eləsin, məkanı cənnət olsun. Allah övladlarına sağlıqlı, uzun ömürlər versin”, – deyə Erhan Abdullah Kanat bildirib.

HAVELSAN nümayəndəsi qeyd edib ki, hazırda “Poliqon” jurnalı ilə əməkdaşlıqları yüksək səviyyədə davam etdirilir: “Jurnalın baş redaktoru Zaur Babaşov fəaliyyətimizlə yaxından maraqlanır. Çox faydalanırıq biz də bu jurnaldan. Azərbaycan dövləti üçün çox ciddi qatqıları olan bir jurnal olduğunu düşünürük. Bizim də HAVELSAN olaraq tanınmağımızda faydası olan bir jurnaldır. “Poliqon” jurnalında HAVELSAN xəbərlərinə yer verilir, reklamlarımız yayımlanır. Bundan sonra da işlərimizin, əməkdaşlığımızın artan xətt üzrə davam etməsini istəyirik”.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş