Erməni təxribatı zamanı Laçında basdırılan növbəti minalar zərərsizləşdirilib

Erməni təxribatı zamanı Laçında basdırılan növbəti minalar zərərsizləşdirilib

Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Azərbaycan ərazisində basdırdıqları minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, sentyabrın 20-də mühəndis-istehkamçılar tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Laçın rayonu ərazisində Böyük İşıqlı dağının dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 90 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri qarşı tərəfin minaladığı ərazilərin təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.

Poliqon.az

CATEGORIES