Ermənistan silahlı qüvvələri Naxçıvanı atəşə tutub

Ermənistan silahlı qüvvələri Naxçıvanı atəşə tutub

İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin  Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub.

“Poliqon” xəbər verir ki, bu barədə NUHÇIXAN İnformasiya Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan bölmələrinin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Poliqon.az

CATEGORIES
TAGS