Fransa Ukraynaya ÖAQ və zirehli döyüş maşınları tədarük edəcək

Fransa Ukraynaya ÖAQ və zirehli döyüş maşınları tədarük edəcək

Fransa yeni hərbi yardım çərçivəsində Ukraynaya özüyeriyən artilleriya qurğuları (ÖAQ), nəqliyyat vasitələri və zirehli döyüş maşınları tədarük edəcək.

Bu barədə “Poliqon” “France 3” televiziya kanalına istinadən xəbər verib.

Bildirilib ki, hərbi yardıma 128 ədəd VAB tipli nəqliyyat vasitəsi, 18 ədəd CAESAR ÖAQ, 24 ədəd AMX-10RC zirehli döyüş maşını, tank əleyhinə raketlər, yük maşınları və radarlar daxildir.

CATEGORIES