“Gripen E” təyyarəsinin “Meteor” raketləri ilə atış sınaqları keçirilib

“Gripen E” təyyarəsinin “Meteor” raketləri ilə atış sınaqları keçirilib

İsveçin “Saab” şirkəti tərəfindən istehsal olunan “Gripen E” döyüş təyyarəsinin “Meteor” BVRAAM (Beyond Visual Range Air-to-Air Missile) raketləri ilə atış sınaqları keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə “Saab” şirkəti məlumat yayıb.

Məlumatda bildirilib ki, “hava-hava” tipli raket olan “Meteor” sınaq zamanı 16500 fitdən atılıb və hədəfləri məhv edib.

Döyüş təyyarələrini, pilotsuz uçuş aparatlarını (PUA) və qanadlı raketləri zərərsizləşdirmək imkanına sahib olan “Meteor” BVRAAM MBDA Avropa konsorsiumu tərəfindən istehsal edilir.

178 mm çaplı “Meteor” raketinin kütləsi 190 kiloqram, uzunluğu 3.7 metr təşkil edir.

“Meteor” raketi “Eurofighter”, “Rafale”, “Gripen” və F-35 “Lightning II” döyüş təyyarələrindən atıla bilər.

Qeyd edək ki, Cənubi Koreya da KF-X qırıcısına bu raketləri quraşdırmağı planlaşdırıb.

Meteor BVRAAM e1662111814819

Poliqon.az

CATEGORIES
TAGS