Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb

Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb

Mart ayının 24-də saat 21:45-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

Bu barədə “Poliqon”a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxsin 1981-ci il təvəllüdlü Qəhrəmanov Vidadi Ayaz oğlu olduğu müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Poliqon.az

KATEQORIYA:
Bu xəbəri paylaş