Haluk Görgün: ASELSAN rabitə vasitələrinin Azərbaycanda istehsalı üçün texnologiya transferi hədəfləyirik – MÜSAHİBƏ

Haluk Görgün: ASELSAN rabitə vasitələrinin Azərbaycanda istehsalı üçün texnologiya transferi hədəfləyirik – MÜSAHİBƏ

Vətən müharibəsi zamanı güc strukturlarının kritik rabitə əlaqəsi ASELSAN radio sistemləri üzərindən olub

Azərbaycan Silahlı Qüvvələrinin inventarında ASELSAN məhsulları artıb

Türkiyə müdafiə sənayesinin lokomotivi, dünyanın ən yaxşı müdafiə və texnologiya şirkətlərindən olan ASELSAN insanlara və planetə xidmət göstərən texnologiyası ilə çalışmalarına sürətli şəkildə davam edir. ASELSAN gündən-günə inkişaf edən, dəyişən və özünü yeniləyən qlobal texnologiya şirkəti olaraq transformasiya prosesini qətiyyətlə davam etdirir. ASELSAN şirkəti mikroçipdən tutmuş kosmik sənayeyə, rabitədən elektron müharibəyə, optik sistemlərdən robot texnikasına, radar və silah sistemlərinə qədər geniş sahədə fəaliyyət göstərir. Bu gün ASELSAN 500-dən çox məhsulunu dünyanın fərqli coğrafiyalarında, müxtəkif ölkələrində hərbi və mülki istifadəçilərin xidmətinə təqdim edərək fəaliyyətini davam etdirir.

90-cı illərin əvvəllərində Azərbaycan Ordusuna ASELSAN radiolarının verilməsi ilə başlayan və sarsılmaz təməllər üzərində qurulan əlaqələr bu günə qədər bir çox sahədə inkişaf edərək irəliləyir. ASELSAN-ın rabitə cihazları və elektro-optik sistemləri kimi kritik texnologiyaları hazırda Azərbaycan Silahlı Qüvvələrinin inventarında yer alır. 1998-ci ildə ASELSAN tərəfindən yaradılmış “ASELSAN-Bakı” şirkəti 25 ildir ki, Azərbaycandakı fəaliyyətini sürətli formada davam etdirir. ASELSAN şirkətinin sabiq İdarə Heyətinin sədri və baş direktoru (hazırda Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı) Prof. Dr. Haluk Görgün ilə müsahibəmizdə ASELSAN-ın Azərbaycandakı yerli fəaliyyəti haqqında ətraflı məlumat aldıq.

– Haluk bəy, “ASELSAN-Bakı” şirkətinin keçdiyi 25 illik yola nəzər salmaq istərdik. “ASELSAN-Bakı” şirkəti üçün ötən illəri necə qiymətləndirirsiniz?

2019 12 05– Məncə bu suala iki hissədə cavab vermək daha düzgün olardı. Bunlardan biri ümumilikdə ASELSAN-ın Azərbaycandakı təcrübəsi, digəri isə “ASELSAN-Bakı” şirkəti haqqındadır. Bildiyiniz kimi, ASELSAN 90-cı illərin əvvəllərindən Azərbaycandadır. 1998-ci ilə qədər olan müddətdə işlər birbaşa Ankaradan həyata keçirildiyi halda, 1998-ci ildən etibarən fəaliyyətlərin artması ilə Azərbaycanda yaradılmış “ASELSAN-Bakı” şirkəti vasitəsilə yerinə yetirilir.

Ona görə də “ASELSAN-Bakı” şirkəti bu il 25 illik yubileyini qeyd etsə də, burada ASELSAN-ın 25 ildən artıq təcrübəsi var. Bu 25 ilə bir az daha çox diqqət yetirsək görərik ki, əslində Azərbaycana həm hərbi, həm də mülki sahədə bir çox məhsul və xidmət qazandırmışıq.

“ASELSAN-Bakı” Azərbaycan Silahlı Qüvvələrinin inventarında olan məhsul və sistemlərə satış sonrası dəstək çərçivəsində təmir, texniki qulluq və quraşdırma xidmətləri də göstərir.

Keçmişdən bəri mülki sahədə həyata keçirdiyimiz fəaliyyətlər şirkət, qurum və təşkilatlara həm peşəkar radio satışı, həm də icarə xidmətləri şəklində davam etməkdədir.

Bu 25 ildə qlobal ehtiyacların dəyişməsi və transformasiyası ilə birlikdə həm mülki, həm də hərbi sahələrdəki fəaliyyətlərimiz və məhsul portfelimiz genişləndi. ASELSAN Türkiyədə necə dövlətin xidmətindədirsə eyni ilə Azərbaycanda da bu xidmətin illər keçdikcə artaraq davam etdiyini deyə bilərik.

Haluk bəy, mümkünsə, bu günə qədər əldə etdiyiniz nəticələr və nailiyyətlər ilə bağlı fikirlərinizi bizimlə bölüşərdiniz. “ASELSAN-Bakı” şirkətini rəqiblərdən fərqləndirən cəhət nədir?

009 — копия

Prezident İlham Əliyev Selçuk Bayraktarı və Haluk Görgünü qəbul edib

­­– Əslində ASELSAN-ı və “ASELSAN-Bakı”nı təsvir edərkən vurğulamaq lazımdır ki, biz çox klassik, standart bir kommersiya şirkəti deyilik. Bildiyiniz kimi, ASELSAN Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Dərnəyinin bir şirkətidir. Bəli, ASELSAN kommersiya qanunları çərçivəsində səhmdar cəmiyyətdir. Hətta xalqa açıq şirkətdir. Lakin təşkilati və idarəetmə strukturu baxımından əslində dövlətin strateji sahələr üzrə ehtiyaclarını ödəmək üçün yaradılmış missiya şirkətidir. ASELSAN-ın həm Türkiyədəki, həm də Azərbaycandakı fəaliyyətini qiymətləndirərkən bu vəziyyəti də nəzərə aldıqda, əldə etdiyimiz qazancların dövlətə göstərdiyimiz dəstək və xidmətlə düz mütənasib olduğunu deyə bilərik.

Rəqabət baxımından burada missiya şirkəti olduğumuzu nəzərə alsaq, rəqabət bizi xoşbəxt edən amildir. Nəticədə, əsas məqsəd dövlətə xidmət etmək olduğundan, rəqabətdən əldə edilən qazanc da bizləri sevindirir. Ona görə də Azərbaycanın, xüsusən hərbi sahədə əldə etdiyi nailiyyətlər bizi çox məmnun edir.

Son illər ərzində Azərbaycanın güc strukturlarının inventarında ASELSAN məhsullarının yeri artıb. Bu da texniki və kommersiya baxımından daha çox xidmət göstərdiyimizi əks etdirən amildir.

Mülki sektora baxdıqda, “ASELSAN-Bakı” olaraq Azərbaycanda göstərdiyimiz radio satışı və icarə xidmətləri üçün təxminən 35 faizlik bazar payına sahibik. Burada, əlbəttə ki, kritik və nəzərə alınmalı olan məsələ, ASELSAN olaraq məhsullarımızın Azərbayacandakı rəsmi qurumların etimadını qazanaraq əməkdaşlıq etdiyimiz tərəfdaşlarımıza yerində xidmət göstərməkdir.

– “ASELSAN-Bakı” şirkətinin fəaliyyətində son illər daha çox canlanma müşahidə olunur. Şirkətin fəaliyyət strategiyasının genişlənməsi baxımından planlarınız nədir?

– Bayaq qeyd etdiyim kimi, Azərbaycanda 25 illik təcrübəmiz var. 2023-cü il etibarı ilə “ASELSAN-Bakı”da çalışan personalın sayı ümumilikdə 26 nəfərdir. Bu, vəziyyət Azərbaycanda ASELSAN olaraq varlığımızın illər ərzində böyüdüyünü göstərir. Yerliləşdirmə fəaliyyətlərimiz çərçivəsində ixtisaslı işçi qüvvəsinə də töhfəmizi veririk. Deyə bilərik ki, bu yanaşma Azərbaycandakı mövcudluğumuzun davamlı olacağının da göstəricisidir. Növbəti hədəflərimiz arasında ASELSAN-ın sahib olduğu kritik texnologiyaları Azərbaycanla paylaşmağa davam edərək, yerli istehsal məsələsində vacib addımların atılması yer alır.

– ASELSAN tərəfindən istehsal olunan və Azərbaycana ixrac edilən mahsullar üçün satış sonrası bu ölkəyə inteqrasiya olunmuş logistika, təmir və texniki xidmət dəstəyinin göstərilməsi hansı formada həyata keçirilir?

404A5820 — копия

“ASELSAN-Bakı” şirkətinin mühəndisləri radiostansiyaları təmir edərkən

– “ASELSAN-Bakı” daxilində ümumilikdə 12 nəfərlik texniki komandamız var. Məhsulların Azərbaycana təhvil verildiyi andan etibarən quraşdırma prosesindən satış sonrası texniki xidmət, təmir və dəstək fəaliyyətlərinə qədər operativ və yerində xidmət göstərə bilirik.

– “ASELSAN-Bakı” Azərbaycanda professional rabitə vasitələrinin satışı və trunk rabitə vasitələrinin icarəsi xidmətləri də göstərir. Bu haqda daha ətraflı məlumat verə bilərsinizmi?

– Əlbəttə, bildiyiniz kimi, bu daha çox mülki sahəni maraqlandıran kommersiya fəaliyyətidir. Lakin işin xarakteri cəhətdən tezliklərin tənzimlənməsi də strateji məsələdir. Qeyri-qanuni fəaliyyətlərin həyata keçirilə biləcəyi vəziyyətlərdə həmişə diqqət və nəzarət tələb edən və dəqiqliklə izlənilməli olan texniki tərəfi də var. Beləliklə, bu sahənin kommersiya və texniki mənada nəzarət olunması, tənzimlənməsi hər zaman vacibdir. ASELSAN olaraq hərbi sahədə əldə etdiyimiz bilikləri asanlıqla kommersiya sahələrinə köçürə bildiyimiz üçün peşəkar radio və trunk xidməti təmin edilməsi məsələsini strateji səviyyədə izləyə və idarə edə bilirik. Bunu Azərbaycandakı yerli qanunların əhatə etdiyi bütün qaydalara tam riayət edərək, Azərbaycanın strateji maraqlarını ön planda tutaraq yerinə yetiririk.

– Azərbaycanda həm hərbi, həm də mülki sahədə fəaliyyət göstərən “ASELSAN-Bakı” bu ölkədə əsasən hansı rabitə cihazlarını təklif edir?   

ASELSAN NISANGAH IMG 6242 3 — копия

ASELSAN-ın əldə daşına bilən termal kamera sistemi və rabitə vasitəsi

– Hazırkı an etibarı ilə deyə bilərik ki, Azərbaycanın güc strukturlarında ASELSAN-ın demək olar bütün rabitə sistemlərinin bir nümunəsi var. Bunların sırasında əl radiolarını, çiyində daşınan radioları, avtomobil radiolarını, stasionar radioları, radiolinki, radio rele sistemlərini, peyk rabitəsi ilə əlaqəli sistemləri sadalaya bilərik.

Bundan əlavə, peşəkar radio və trunk icarə xidmətimiz var. Kripto sistemlərimiz də hazırda Azərbaycanda istifadə olunmağa davam edir.

– ASELSAN-ın Azərbaycanda həyata keçirdiyi bütün fəaliyyətləri əlaqələndirən “ASELSAN-Bakı” şirkətinin hazırda önəm verdiyi və prioritet layihə və istiqamətləri hansılardır?

04 Nisan — копия

Azərbaycanın magistral yollarında həssas tərəzilər

C1552.00 01 53 47.Still020 — копия

Dəmir yolu və metro siqnalizasiya sistemləri

– Hazırda bizim üçün prioritet ASELSAN-ın Azərbaycanın hərbi sahəsindəki varlığını daha da genişləndirmək, yerli istehsal fəaliyyətlərini dəstəkləmək, ehtiyac duyulan məhsulların çeşidini və sayını artırmaqdır.

Bundan əlavə, mülki sahədə inkişaf etdirdiyimiz və Azərbaycanın xidmətinə təqdim etdiyimiz kritik texnologiyalar var. Yaxşı nümunələrdən biri, çox yaxın keçmişdə həyata keçirdiyimiz avtoyol tərəzi ( High-Speed Weigh-in-Motion) layihəsidir. “Azəravtoyol” ASC ilə birlikdə Azərbaycanın magistral yollarında həssas tərəzilər quraşdıracağıq. Həmin yollardan keçən texnikalar təsnifləşdiriləcək və onların çəkiləri ölçüləcək. Nəqliyyat vasitələri müəyyən sürət həddini və ya çəki həddini aşarsa, qeydiyyat nişanına görə təsnifləşdirilərək və yaxud əlaqəli müvafiq qurumlar məlumatlandırılaraq onların avtomatik cərimələndirilməsi mümkün olacaq.

Bundan başqa, mülki sahədə böyük əhəmiyyət verdiyimiz dəmir yolu və metro siqnalizasiya işlərimiz də var. Hazırda ASELSAN dünyada milli siqnal sistemini inkişaf etdirmiş və bu mənada beynəlxalq sertifikatını almış nadir şirkətlərdən biridir. Biz bu imkanı da Azərbaycanla bölüşmək istərdik. Yəni sadəcə hərbi sahdə deyil, mülki sektorda da kritik texnologiyaları təmin edə bilmək bizim üçün vacibdir. Bundan bir addım sonrası da, bayaq dediyim kimi texnologiya transferi və Azərbaycanda yerində istehsaldır.

42516494 960955760761214 1830127174468763648 n — копия

Azərbaycan HHQ-nin arsenalında yer alan ASELSAN istehsalı Mobil Hava Hərəkətini İdarəetmə Qülləsi

– Haluk bəy, ASELSAN-ın portativ peyk paketi və elektron müharibədən qorunan əl rabitə vasitələri son zamanlarda ön plana çıxıb. Mümkünsə, bir qədər də bu haqda danışaq.

– ASELSAN-ın fəaliyyəti 1975-ci ildə Türkiyə Silahlı Qüvvələrinin rabitə ehtiyaclarının milli və orijinal şəkildə qarşılanması məqsədilə ilk olaraq yerli rabitə vasitəsinin istehsal edilməsi ilə başlayıb. Beləliklə, məhsul portfelimiz çox genişlənsə də, bu işin təməlində rabitə dayanır. Türkiyədə olduğu kimi Azərbaycanda da uzun müddətdir ki, bu xidmətləri və məhsulları təklif edirik.

Peyk rabitə sistemləri və bizim EHKET dediyimiz elektron müharibəyə qarşı qorumalı əl radiomuz Azərbaycanda da uğurla istifadə olunmaqdadır. Xüsusilə Vətən müharibəsi zamanında Azərbaycan Silahlı Qüvvələrinin kritik rabitə əlaqəsinə dair fəaliyyətləri bizim radio sistemlərimiz vasitəsi ilə təmin olundu. Beləliklə, bu mənada da deyə bilərik ki, onlar əməliyyat meydanında istifadəsi sübut edilmiş sistemlərdir.

– Azərbaycanda həyata keçirilən HAKİM Hava Komanda İdarəetmə Sistemi layihəsinin gəldiyi nöqtə haqqında nələri deyə bilərsiniz?

HAKIM HAVA KOMUTA KONTROL SISTEMI 750x422 1– HAKİM Hava Komanda İdarəetmə Sistemi layihəsi Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə ən kritik layihələrindən biridir. Bu layihə ilə Azərbaycanın hava məkanına nəzarətin təmin edilməsi ilə birlikdə, eyni zamanda hər iki ölkənin Hərbi Hava Qüvvələri birgə əməliyyatlar aparmaq imkanına malikdir. Elə bu səbəbəndir ki, adı çəkilən layihənin şüarını da Ümummilli Lider Heydər Əliyevin şüarı ilə uyğunlaşdıraraq “İki dövlət, tək millət və tək hava məkanı” şəklində qoyduq.

Bu layihə tam şəkildə həyata keçirildikdə, birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinə qədər genişlənəcək. İki ölkənin Hərbi Hava Qüvvələri də bu şəkildə hərəkət edə biləcək.

– Haluk bəy, yuxarıda qeyd etdiniz ki, “ASELSAN-Bakı” kritik məhsul və sistemlərin Azərbaycanda istehsalını həyata keçirməyi hədəfləyir. Hazırda bu istiqamətdə hansı işlər görülür?

20220906 122528 — копия

H.Görgün ADEX-2022-də Prezident İlham Əliyevə Modulyar Müvəqqəti Baza Sahəsi (MGUB) həlləri haqqında məlumat verərkən

– Türkiyədən fərqli görmədiyimiz Azərbaycana heç bir zaman “sadəcə məhsul satılsın, satılandan sonra gedib başqa bir məhsul sataq” məntiqi ilə yanaşmadıq. Dövlətlərimiz mövcud olduğu müddətcə ASELSAN həmişə burada var olacaq. Təbii ki, bunun ən kritik hissələrindən biri də bəzi məhsul və sistemlərin burada istehsal edilməsi olacaq.

Hazırda gündəmimizdə olan məsələlərdən biri də ASELSAN-ın Azərbaycanda rabitə sistemləri və radio istehsalı üçün texnologiya transferidir.

– Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) ilə ASELSAN-ın həyata keçiridiyi birgə layihələrin hazırkı durumu barəsində fikirlərinizi bizimlə bölüşə bilərsinizmi?

az mkm 04 02 — копия.jpg2– Müdafiə Sənayesi Nazirliyi ilə yaxşı əməkdaşlığımız var. Hazırda, idarə olunan döyüş sursatları, ağıllı döyüş sursatları, rabitə və elektro-optik cihazlar diqqət mərkəzimizdəki sistemlərdir.

– Haluk bəy, sonda əlavə etmək istədiyiniz fikirləriniz varmı?

– Azərbaycan Silahlı Qüvvələrini qısa, orta və uzunmüddətli perspektivdə gücləndirəcəyini proqnozlaşdırdığımız müxtəlif ölçüdəki və dərinlikdəki bir çox layihənin içərisində yer alırıq. Azərbaycanda sadəcə Müdafiə Nazirliyi ilə məhdudlaşmayıb, təhlükəsizlik qüvvələrinin daxil olduğu digər qurumlar və mülki strukturlarla da işləyirik.

ASELSAN ailəsi olaraq bizlər üzəriməzə düşən məsuliyyətin şüuru ilə dizyan və istehsal edərək, yorulmadan bütün gücümüzlə qardaş ölkəmiz üçün çalışmağa davam edəcəyik. Çox təşəkkür edirik. PJ

Mehmet Demirkol POLİQON jurnalının Türkiyə bürosu

Məqalə “Poliqon” hərbi-texnoloji jurnalının mart-aprel 2023-cü il tarixli 2 (64) sayında yayımlanıb

CATEGORIES
TAGS