POLİQON hərbi-texnoloji jurnalının 2 (64) 2023 sayı

POLİQON hərbi-texnoloji jurnalının 2 (64) 2023 sayı

POLİQON hərbi-texnoloji jurnalının mart-aprel 2023-cü il tarixli 2 (64) sayının yayımı başlanıb.

Dəyərli oxucularımız POLİQON jurnalının budəfəki səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərindən xəbərdar olacaqlar.

POLİQON-un yeni sayında Daxili Qoşunların Əməliyyat və Döyüş Hazırlığı İdarəsinin rəisi polkovnik Zəfər Əliyev və ASELSAN şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Haluk Görgüc ilə müsahibə, dünyanın ən böyük texnologiya festivalı – TEKNOFEST-də nümayiş etdirilən müasir texnoloji həllər, silah və texnikalar barəsində ətraflı məlumatlar, habelə “MSN ETİ ilə “Simsoft”un simulyasiya sistemlərinin inkişafı layihəsi”, “Dron əleyhinə sistemlər”, “Türkiyənin zirehli nəqliyyat vasitələri bazarına baxış”, ““Roketsan”ın ən yeni layihələri”, ““TCG Anadolu” bundan sonrası üçün təməl daşı olacaq”, “Azərbaycan ilə Gürcüstanın müdafiə sahəsində əməkdaşlıq imkanları”, ““Rosoboroneksport” Rusiya istehsalı olan yeni məhsullar təklif edir” və digər başlıqlı yazılar yer alıb.

Jurnalımıza “Azərmətbuatyayım” ASC, “Kaspi Mətbuat Yayım” MMC, “Səma Mətbuat Yayım” MMC, “Azərpoçt”, “Qaya Mətbuat Yayım” MMC, “Ziya LTD” və “İnterpress” mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.

POLİQON hərbi-texnoloji jurnalının yeni sayının elektron versiyası

CATEGORIES