Haluk Görgün: HAKİM layihəsi ilə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri birgə hərəkət edə biləcək

Haluk Görgün: HAKİM layihəsi ilə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri birgə hərəkət edə biləcək

HAKİM Hava Komanda İdarəetmə Sistemi layihəsi Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə ən kritik layihələrindən biridir.

Bu fikirləri ASELSAN şirkətinin sabiq İdarə Heyətinin sədri və baş direktoru (hazırda Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı) Prof. Dr. Haluk Görgün POLİQON jurnalına müsahibəsində deyib.

O bildirib ki, bu layihə ilə Azərbaycanın hava məkanına nəzarətin təmin edilməsi ilə birlikdə, eyni zamanda hər iki ölkənin Hərbi Hava Qüvvələri birgə əməliyyatlar aparmaq imkanına malik olacaq: “Elə bu səbəbəndir ki, adı çəkilən layihənin şüarını da Ümummilli Lider Heydər Əliyevin şüarı ilə uyğunlaşdıraraq “İki dövlət, tək millət və tək hava məkanı” şəklində qoyduq.

Bu layihə tam şəkildə həyata keçirildikdə, birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinə qədər genişlənəcək. İki ölkənin Hərbi Hava Qüvvələri də bu şəkildə hərəkət edə biləcək”. (Müsahibənin tam versiyası).

Poliqon.az

CATEGORIES
TAGS