Hindistan bu ilin sonunda “Akash-1S”lərin Ermənistana çatdırılmasına başlayacaq
Hindistan bu ilin sonunda “Akash-1S” zenit-raket komplekslərinin Ermənistana çatdırılmasına başlayacaq.
“Poliqon” “Indian Defence Research Wing” (IDRW) nəşrinə istinadən xəbər verir ki, bu, Hindistanın müdfiə ixracı üçün mühüm mərhələdir, çünki Ermənistan sözügedən ZRK-nin ilk xarici müştərisidir.
Nəşrin məlumatına görə, 2022-ci ildə Ermənistan Hindistana təxminən 720 milyon ABŞ dolları dəyərində 15 ədəd “Akash-1S” ZRK sifariş edib.
Hindistanın “Bharat Dynamics Limited” (BDL) şirkəti tərəfindən istehsal edilən “Akash-1S” mövcud “Akash” ZRK-nin təkmilləşdirilmiş variantıdır. Orta mənzilli ZRK olan “Akash-1S” 30 km-ə qədər məsafədə və 18 km-ə qədər hündürlükdə uçan hədəfləri vurmaq üçün təyin edilib. Raketin çəkisi 720 kq, uzunluğu 5820 mm, diametri 350 mm, döyüş başlığının çəkisi 60 kq-dır.