Hindistan “Rafale”ni seçdi
10 milyard dollara 126 təyyarəHindistan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin satın alınmasına dair açdığı tenderi “Rafale” təyyarəsi ilə Fransanın “Dassault” şirkəti qazanıb. “AzeriDefence” saytının məlumatına görə, satın alınacaq 126 döyüş təyyarəsinin dəyəri 10 mlrd. ABŞ dolları təşkil edir. Tərəflər arasında imzalanacaq bu müqavilə mütəxəssislər tərəfindən tarixdə müdafiə sahəsindəki ən böyük müqavilələlərdən biri kimi şərh olunur.
Tenderin son mərhələsində “Rafale” “Eurofighter” firmasının “Typhoon” döyüş təyyarələrini geridə qoyub.
Tərəflər arasında müqavilənin mart ayınadək bağlanması gözlənilir. Bu “Rafale” döyüş təyyarələrinin xaricə ilk ixracı olacaq.
Bu arada BBC-nin yaydığı məlumata görə, tenderdə qalib olma şansını itirən mərkəzi İngiltərədə yerləşən “Eurofighter” şirkəti bundan əvvəl, dekabr ayında Yaponiya Hava Qüvvələrinin dəyəri 8 mlrd. dollar təşkil edən tenderində də uduzub. İngiltərənin Dehlidəki səfirliyindən BBC-yə verilən açıqlamada tenderdə qalib olma şansının itirilməsi səbəbindən ruh düşkünlüyünün yarandığ və bunun səbəblərinin araşdırılacağı bildirilib.