Hindistan Su-30MKI qırıcılarını yerli DR-118 RWR sistemi ilə təchiz edəcək

Hindistan Su-30MKI qırıcılarını yerli DR-118 RWR sistemi ilə təchiz edəcək

Hindistanın Müdafiə Nazirliyi “Bharat Electronics Limited” (BEL) şirkətindən “Arudhra” radarları və DR-118 RWR (Radar Warning Receivers) sistemləri alır.

“Poliqon” xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar tərəflər arasında ümumi dəyəri 448.4 milyon ABŞ dolları (37 milyard Hindistan rupisi) olan iki ayrı müqavilə imzalanıb.

Birinci müqaviləyə əsasən, Hindistan Müdafiə Nazirliyi BEL şirkətindən 339.2 milyon ABŞ dolları (28 milyard Hindistan rupisi) dəyərində orta güclü “Arudhra” radarları tədarük edəcək.

İkinci müqaviləyə uyğun olaraq isə Hindistan Müdafiə Nazirliyi BEL-dən 115 milyon ABŞ dolları (9.5 milyard Hindistan rupisi) həcmində DR-118 RWR sistemləri alacaq.

Döyüş təyyarələrinə quraşdırılan DR-118, düşmənin elektron müharibə sistemlərinin yaydığı pozucu siqnalları qəbuledərək bu barədə pilotu xəbərdar edir.

Qeyd edək ki, DR-188 sistemi Hindistan Silahlı Qüvvələrinin aviasiya parkında yer alan və Rusiya istehsalı olan SU-30 MKI döyüş təyyarələrinə inteqrasiya ediləcək.

Poliqon.az

CATEGORIES
TAGS