“Humanitarian Demining Symposium – 2012”yə hazırlıq işləri başa çatır

Aprelin 24-dən 26-dək Xorvatiyada keçiriləcək IX “Humanitarian Demining Symposium – 2012” beynəlxalq humanitar minatəmizləmə sərgisi və simpoziumuna hazırlıq işləri başa çatmaq üzrədir. Bu barədə “AzeriDefence” simpoziumun təşkilatçısı olan CROMAC Test Mərkəzinə istinadən məlumat verib.

Xorvatiya prezidenti İvo Josipoviçin himayəsi altında keçiriləcək beynəlxalq simpoziumda iştirakla bağlı 150 təşkilat (minatəmizləmə mərkəzi, minatəmizləmə avadanlıqlarının istehsalçısı və s.) qeydiyyatdan keçib.

Simpozium çərçivəsində bir sıra prezentasiyalar keçiriləcək, həmçinin açıq sahədə yeni texnologiyaların imkanları praktik nümayiş etdiriləcək.

İştirakçıların qeydiyyatı üçün son tarix aprelin 15-dək, eksponentlərin qeydiyyatı üçün son tarix isə aprelin 1-dəkdir.

KATEQORIYA: