İlham Əliyev: Müdafiə sənayesi sahəsində Azərbaycanla Serbiyanın potensialının birləşdirilməsi üçün praktiki addımların atılması gözlənilir

İlham Əliyev: Müdafiə sənayesi sahəsində Azərbaycanla Serbiyanın potensialının birləşdirilməsi üçün praktiki addımların atılması gözlənilir

Serbiyada səfərdə olarkən biz, eyni zamanda, müdafiə sənayesi sahəsi ilə bağlı müvafiq göstərişlər verdik. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.

“Bir sözlə, ikitərəfli əlaqələrə bir daha nəzər salarkən görürük ki, bütün sahələrdə bu əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur. Əminəm ki, biz gələn ili də bu ab-hava şəraitində keçirəcəyik. Çünki bu il ikitərəfli əlaqələrimiz üçün çox uğurlu olub. Həm qarşılıqlı iki səfər, eyni zamanda, bizim nümayəndə heyətlərinin üzvlərinin təmasları və bütövlükdə Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar. Buna görə də biz çox şadıq və əziz dostum Prezident Vuçiçə də bu dostluğa görə təşəkkürümü bildirirəm. Bir daha xoş gəlmisiniz”, -deyə İlham Əliyev qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS