İngilis ordusuna son nəsil gecəgörmə cihazı

ITT Exelis şirkəti Böyük Britaniya Müdafiə Nazirliyi ilə son nəsil gecə görmə cihazlarının alqı-satqısına dair dəyəri 33 milyon ABŞ dolları təşkil edən müqavilə imzalayıb. AzeriDefencenin bildirdiyinə görə, bu barədə şirkətin saytında məlumat yayılıb.

Müqavilə çərçivəsində Böyük Britaniya hərbçiləri HMNVS (ABŞ ordusunda istifadə olunan AN/ PVS-14 cihazının bənzərini) sistemlərini alacaq. Çatdırmalar 2012-ci ilin ikinci rübündə başlanacaq və 2016-cı ilə başa çatacaq.

Dəbilqəyə bağlanılan HMNVS yüksək ayırdetmə dəqiqliyinə malik hədəf tanıma sistemi və artırılmış optik çevirici ilə təchiz ediləcək. Yeni sistem yüksəldilmiş işıqlanma dərəcəsi şəraitində, dumanda, tüstüdə, müxtəlif şəraitində daha effektiv olub. AN/ PVS-14 sistemi eyni zamanda atıcı silaha da bağlana bilir. Cihazın çəkisi 400 qramdır və hədəfləri 300 metrdək görə bilir.

CATEGORIES