İran hərbi məhsullarının ixracı üç dəfə artıb

İran hərbi məhsullarının ixracı üç dəfə artıb

İran hərbi məhsullarının ixracı son bir ildə üç dəfə artıb.

“Poliqon” “Fars” xəbər agentliyinə istinadən bildirir ki, bunu İranın müdafiə naziri Məhəmməd Rza Aştiani deyib.

O vurğulayıb ki, İran Müdafiə Nazirliyinin səyləri nəticəsində ötən il hərbi istehsalda 81 faizlik artım qeydə alınıb.

“Müdafiə Nazirliyi hərbi və mülki texnika istehsalını artırmaq, raket, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə və elektron müharibə sistemləri sahəsində imkanlarını artırmaq və yeni ixrac imkanları yaratmaqla müdafiə siyasətini inkişaf etdirmək üçün qarşısına bir sıra hədəflər qoyub”, – deyə Məhəmməd Rza Aştiani qeyd edib.

Poliqon.az

CATEGORIES