İran hipersəsli yeni ballistik raketini silahlanmaya qəbul edir

İran hipersəsli yeni ballistik raketini silahlanmaya qəbul edir

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri tərəfindən hazırlanan yeni hipersəs ballistik raket bütün sınaqlardan keçib və tezliklə silahlanmaya təqdim olunacaq.

“Poliqon”un “Tasnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə deyib.

O qeyd edib ki, yeni raket düşmənin bütün hava hücumundan müdafiə sistemlərini keçməyə və həmin kompleksləri məhv etməyə qadirdir.

Sözügedən məhsulun istehsalını İranın raket sənayesində “böyük sıçrayışı” kimi xarakterizə edən Ə.Hacızadə, raketin Yer atmosferinin altında və üstündə 13 Mach sürətlə manevr edə biləcəyini vurğulayıb.

Poliqon.az

CATEGORIES