İran Sərhəd Mühafizəsini yeni katerlərlə təchiz edib

İran Sərhəd Mühafizəsini yeni katerlərlə təchiz edib

İran Sərhəd Mühafizə Donanmasının istismarına 70 ədəd yüksək sürətli patrul kateri təhvil verilib.

Bu barədə “Poliqon” IRNA-ya istinadən xəbər verib.

İranın Bəndər Abbas şəhərində müdafiə naziri Məhəmmədrza Aştiani, Hüquq-Mühafizə Qüvvələrinin baş komandanı Əhmədrza Radan və digər yüksək rütbələri hərbçilərin iştirakı ilə yeni katerlərin təhvilalma mərasimi keçirilib.

Mərasimdə bildirilib ki, Sahil Mühafizə Donanmasının istifadəsinə verilən bütün katerlər İranın Müdafiə və Silahlı Qüvvələrin Logistika Nazirliyinə bağlı Dəniz Sənayesi Təşkilatının mütəxəssisləri tərəfindən dizayn və inşa olunub.

İranın dəniz sərhədlərinin mühafizəsini artırmaq məqsədilə inşa edilən yeni katerlər Fars körfəzində və Xəzər dənizində patrul missiyalarını həyata keçirəcək.

Poliqon.az

CATEGORIES