İran “Yasin” təlim təyyarəsinin ikinci prototipini nümayiş etdirib

İran “Yasin” təlim təyyarəsinin ikinci prototipini nümayiş etdirib

İranda “Yasin” təlim təyyarəsinin ikinci prototipinin və onun istehsal xəttinin təqdimat mərasimi keçirilib.

“Poliqon” IRNA-ya istinadən xəbər verir ki, mərasim İranın müdafiə naziri Məhəmmədrza Aştianinin iştirakı ilə baş tutub.

Mərasimdə bildirilib ki, reaktiv mühərrikli təlim təyyarəsi olan “Yasin” İranlı hərbi pilotların hazırlanmasında vacib rol oynayacaq. Pilotlar onun vasitəsilə həm “hava-hava”, həm də “hava-yer” tipli əməliyyat ssenarilərinə uyğun təlim keçmək imkanı əldə edəcək.

Poliqon.az

CATEGORIES