İran “Zəfər”ini nümayiş etdirdi
İran “Zəfər” (“Triumph”) adlı yeni yaxınmənzilli qanadlı raketin təqdimatını keçirib. “AzeriDefence”nin məlumatına görə, təqdimat mərasiminə qatılan İranın müdafiə naziri, general-mayor Əhməd Vəhidi deyib ki, artıq bu raket sistemi silahlanmaya qəbul olunub və ilk nümunələr İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi-Dəniz Qüvvələrinə verilib.
İranlı mütəxəssislərin yaratdığı “Zəfər” dənizdəki kiçik və orta ölçülü hədəflərə qarşı tətbiq oluna bilir. Bui raketin özəlliyi isə onun kiçik qabaritli, sürətli katerlərdən atıla bilməsidir. Radardan yayınmaq və elektron sistemləri sıradan çıxarmaq imkanına malik raket hər üç saniyədən bir atılmaq xüsusiyyətinə malikdir.
KATEQORIYA: Sənaye