İranda yeni “Me’raj-532” kamikadze PUA sınaqdan keçirilir

İranda yeni “Me’raj-532” kamikadze PUA sınaqdan keçirilir

İran hərbçiləri yeni “Me’raj-532” kamikadze pilotsuz uçuş aparatını (PUA) sınaqdan keçirir.

“Poliqon” xəbər verir ki, bunu “Tasnim News” informasiya agentliyinə açıqlamasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının Tədqiqat və Özünü Təminat Cihad Təşkilatının rəhbəri general Əli Kouhestani söyləyib.

O bildirib ki, sınaqlardan uğurla keçən PUA 450 km məsafədəki hədəfləri vura bilir.

Bu kamikadze dron porşenli mühərriklə təchiz edilib, fəaliyyət hündürlüyü 3,6 km-dir və havada 3 saata qədər qala bilir. “Me’raj-532” kamikadze PUA-nın döyüş başlığının çəkisi 50 kiloqramdır.

PUA-nın sınaqlarının videosu da ortaya çıxıb (əlavə olunur). PUA avtomobil hərəkətdə olan zaman buraxılır. Kadrlarda PUA-nın hədəfi vurduğu an görünür – o, müvəqqəti tikilinin yanına düşür.

Ə.Kouhestani onu da deyib ki, pilotsuz uçuş aparatı asan yığılır və tez bir zamanda buraxılışa hazırlana bilir. Bu o deməkdir ki, “Me’raj-532” “çevik cavab” tapşırıqları üçün uyğundur.

Qeyd olunur ki, İran ordusu SEPAH Quru Qoşunlarının bölmələrinin yerinə yetirdiyi müxtəlif tapşırıqlar üçün daha çox döyüş, təlim və kamikadze PUA cəlb etməyi planlaşdırır.

Qeyd edildiyi kimi, “Me’raj-532” PUA polşenli (pərvanəli) mühərriklə təchiz olunub və daha çox qanadın bağlandığı raket gövdəsinə bənzəyir. Bu inkişaf texnoloji mükəmməllik hissi yaratmasa da, hər şeyi nəzərə alaraq, ucuz və əlverişli komponentlərdən yığılmışdır.

Start üçün PUA-nın qalxma sürətinə bərabər sürəti yığa bilən avtomobildən istifadə olunur. Belə sistem sayəsində əslində bir sıra şeylərə nail olunur. Əvvəla, belə bir “buraxıcı” həqiqətən mobildir, çünki o, hətta qalxması üçün hərəkətdə olmalıdır. İkincisi, bu cür sistem katapult və ya raket sürətləndiricisindən həm daha sadə, həm də daha ucuzdur.

Təbii ki, səhra iqlimi şəraitində yolun ağac olmadan maneəsiz düz hissəsini tapmaq başqa yerlərə nisbətən bir qədər asandır. Eləcə də, adi pikap şəklində “buraxıcı”nın təxminən 100 km/saat sürətə çatmalı olduğu düz ərazi kritik bir şey deyil. Üstəlik, bu göstərici 450 km uçuş məsafəsinə malik PUA-nın buraxılması üçün çətin ki, əhəmiyyətli rol oynayır. Çox güman ki, PUA buraxıldıqdan dərhal sonra avtomobildəki operator tərəfindən primitiv pultdan idarə olunur və yalnız “buraxıcıdan” uzaqlaşdıqdan sonra avtonom uçuşa keçir.

Ümumiyyətlə, “Me’raj-532” həm icra, həm də buraxılış texnologiyası baxımından “Şahed-136” PUA-dan daha primitiv görünür. Ancaq belə bir silah üçün, ehtimal ki, yüksək istehsal qabiliyyəti artıqdır. Çünki bu, maya dəyərini və istehsalın texnoloji dövrlərini artırır. Və əslində, bu cür kamikadze PUA-lardan tələb olunan yeganə şey həyatlarında bircə uçuş etmək və müəyyən edilmiş koordinatlara düşməkdir.

Xatırladaq ki, ABŞ konqresmenləri İranın döyüş PUA-larında Qərb texnologiyalarından istifadənin qarşısını almaq istəyirlər. Bu məqsədlə texnologiya ixracının qarşısını almaq üçün İrana qarşı mövcud sanksiyaları tamamlayan strategiyaya dair hesabatın hazırlanmasını tələb edən qanun layihəsi hazırlanıb. Söhbət dronların layihələndirilməsi, inkişafı, istehsalı və ya istismarında istifadə oluna biləcək imkanlardan gedir.

Həmçinin, ABŞ konqresmenləri Avropa və Asiya müttəfiqlərinin texnologiya ixracının qarşısının alınmasına cəlb edilməsi strategiyası haqqında hesabat hazırlamalıdırlar.

Eləcə də ABŞ Müdafiə Nazirliyi İranın pilotsuz uçuş aparatları texnologiyası almasına qarşı çıxmaq üçün ABŞ Ordusunun istifadə edə biləcəyi bir sıra variantları hazırlamalıdır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES