İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İyunun 24-də saat 23:10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb və ümumi çəkisi 8 kiloqram 200 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Keçirilmiş əməliyyat tədbiri nəticəsində dövlət sərhədindən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Beyləqan rayon sakini 1987-ci il təvəllüdlü Zeynalov Həsən Fərman oğlu saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

52b7ae34 02e0 4064 8c54 eab19aa005b5 e1687682380805

Poliqon.az

CATEGORIES