Xəbərlər

İşğaldan azad olunan ərazilərdə FHN-in minaaxtaran alayı yaradılıb

Azərbaycanın işğaldan azad olunan ərazilərində Fövqəladə Hallar Nazirliyinin (FHN) yeni minaaxtaran alayı yaradılıb.

“Poliqon”un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

General-polkovnik Kəmaləddin Heydərov bildirib ki, minaaxtaran alayda təxminən 74 yeni minaaxtaran mütəxəssis yetişdirilib. Xaricdən alınmış 120 ədəd yeni minaaxtaran cihazlar da həmin mütəxəssislərə təhvil verilib.

Nazir qeyd edib ki, təkcə minaaxtaran cihazların deyil, robotların da alınması üçün Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən birgə işlər aparılır.

“Yeni yaradılmış alay Türkiyə mütəxəssisləri və ANAMA-nın əməkdaşları ilə birlikdə ərazilərdə minadan təmizlənmə işlərini davam etdirirlər”, – deyə fövqəladə hallar naziri vurğulayıb.

Poliqon.az

Back to top button