QuruXəbərlər

İspaniya və Cənubi Koreya şirkətləri ÖAQ sahəsində əməkdaşlıq edəcək

“Indra Group” (İspaniya) və “Hanwha Aerospace” (Cənubi Koreya) şirkətləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

“Poliqon” “Indra Group”a istinadən xəbər verir ki, memoranduma əsasən, tərəflər İspaniya Silahlı Qüvvələrinin tələblərinə uyğun ən müasir özüyeriyən artilleriya qurğularının (ÖAQ) hazırlanması üçün əməkdaşlıq edəcək.

“Indra Group” ilə “Hanwha Aerospace” arasında qurulan bu ittifaq İspaniya üçün böyük strateji əhəmiyyət daşıyır. Çünki yüksək səviyyəli texnologiya transferi sayəsində ölkə innovativ tırtıllı quru platformalarını dizayn, inkişaf və istehsal edə bilən Avropa ölkələri sırasına daxil olacaq.

Həmçinin imzalanan sənəd Cənubi Koreya şirkətinin mövqeyini də gücləndirir. Bu sayədə “Hanwha Aerospace” öz platformalarına “Indra Group” tərəfindən hazırlanmış yeni nəsil sistemləri inteqrasiya etmək imkanını qazanacaq.

Back to top button