Israil şirkətindən qumbara jammer
İsrailin Netline Communications Technologies şirkəti orjinal, kiçik jammerini təqdim edib. “AzeriDefence”nin məlumatına görə, əl qumbarası formasında hazırlanmış jammer partladıcıların radiodalğalar vasitəsi ilə işə salınmasının qarşısını almaq üçün hazırlanıb.
İstitifadəçi şübhəli yerlərə bu jammeri ata bilər. Bu zaman qumbarada olduğu kimi bu cihazda da kiçik çivi çıxarmaq lazım gəlir. Qumbara-jammerdə mikrosxem-antennalar tətbiq edilib. Zərbələrdən müdafiə üçün qumbaranın korpusu rezinlə örtülüb. Jammerin akkumulyatoru 30 dəqiqə fasiləsiz işləməyə imkan verir.
Jammerin çəkisi 1.1 kq təşkil edir.
KATEQORIYA: Sənaye