
İsveç və Ukrayna şirkətləri müdafiə sahəsində əməkdaşlıq edəcək
İsveçin “Saab” və Ukraynanın “Radionix” şirkəti arasında strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu (MoU) imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə “Saab” şirkəti məlumat yayıb.
Məlumatda bildirilib ki, əməkdaşlığın məqsədi Ukraynanın müdafiə qabiliyyətini artırmaq üçün hər iki şirkətin güclü tərəflərindən istifadə edərək, sensorlar və müdafiə elektronikasını inkişaf etdirmək, o cümlədən texniki xidmət sahələrinə diqqət yetirməkdir.