İtaliya və BƏƏ şirkətləri gəmiqayırma sahəsində birgə layihələr həyata keçirəcək

İtaliya və BƏƏ şirkətləri gəmiqayırma sahəsində birgə layihələr həyata keçirəcək

İtaliyanın “Fincantieri” şirkəti və Birləşmiş Ərəb Əmirliklərinin “EDGE Group” şirkətinin tərkibinə daxil olan “Abu Dhabi Ship Building” (ADSB) gəmiqayırma zavodu müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq edəcək.

“Poliqon” xəbər verir ki, bununla bağlı IDEX-2023 sərgisi çərçivəsində tərəflər arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb.

Sazişin şərtlərinə əsasən, hər iki şirkət yeni hərbi gəmilərin dizayn və inşası olunmasında birlikdə çalışacaqlar. Bundan başqa yerli və beynəlxalq bazarlarda yeni iş imkanlarının qazanılması istiqamətində də fəaliyyət göstərəcəklər.

Bu münasibətlə fikirlərini bölüşən “EDGE Group” şirkətinin nümayəndəsi Xalid Əl Breiki vurğulayıb ki, “Fincantieri” və ADSB arasındakı əməkdaşlıq həm yerli, həm də qlobal bazarda müştərilərə daha yaxşı məhsullar təqdim etmək baxımından böyük töhfə verəcək.

Eyni zamanda “Fincantieri”nin baş direktoru Pierroberto Folgiero da öz düşüncələrini bildirib. O, qeyd edib ki, bu əməkdaşlıq şirkətin BƏƏ-dəki mövqeyinin və etibarlılığının gücləndirilməsində vacib rol oynayacaq.

Poliqon.az

CATEGORIES
TAGS