KAAN döyüş təyyarəsi ilk uçuşunu yerinə yetirib – VİDEO

KAAN döyüş təyyarəsi ilk uçuşunu yerinə yetirib – VİDEO

Türkiyənin TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən KAAN milli döyüş təyyarəsinin ilk uçuşu həyata keçirilib.

“Poliqon” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, KAAN-ın ilk uçuşu bu gün səhər saatlarında F-16 qırıcısının müşayiəti ilə baş tutub.

Uçuş zamanı 13 dəqiqə havada qalan KAAN qırıcısı 8000 fit hündürlükdə 230 knot (425 km/s) sürətlə uçub.

Qeyd edək ki, Türkiyədə KAAN döyüş təyyarəsi ilə bağlı işlərə 2016-cı ilin avqust ayından başlanılıb. 5-ci nəsil döyüş təyyarəsi olan KAAN 2030-cu ildə mərhələli şəkildə Türkiyə Hərbi Hava Qüvvələrinin istismarından çıxarılacaq F-16 döyüş təyyarələrinin yerini alacaq.

TUSAŞ şirkəti tərəfindən 2028-ci ildə Türkiyə HHQ-yə 20 ədəd KAAN döyüş təyyarəsi təhvil veriləcək. Blok 10 versiyasında olacaq bu təyyarələr F-35-in alt və F-16-nın yuxarı seqmenti olacaq. 5-ci nəsil KAAN-lar isə 2030-cu ildə Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya parkına daxil ediləcək.

Üstün döyüş qabiliyyətləri sayəsində KAAN həm “hava-hava”, həm də “hava-yer” tipli tapşırıqları effektiv şəkildə yerinə yetirə biləcək. Döyüş təyyarəsi hədəfləri aşkarlaya bilməsi üçün ASELSAN şirkətinin AESA radarı ilə təchiz olunacaq. KAAN, hədəfləri məhv etməsi üçün “Roketsan” şirkəti və TÜBİTAK SAGE mərkəzi tərəfindən hazırlanan müxtəlif raket və bombalarla silahlandırılacaq.

CATEGORIES
TAGS