Müdafiə

“Kaba Gallenschuetz” şirkətindən Azərbaycana yeni giriş kontrol sistemləri

Almaniyanın “Kaba Gallenschuetz” şirkəti Azərbaycan bazarına yeni giriş kontrol sistemlərini təqdim edir. Yeni texnologiyaları barədə məlumat verən şirkətin vitse-prezidenti Josef Schorn bildirib ki, “Kaba” Azərbaycan şirkətlərinə və dövlət qurumlarına müasir dizaynlı yarımboy sensor keçid sistemi (HSB-S05), yüksək təhlükəsizlik zonaları üçün şlüz kabin sistemi (PIL-S01), muhafizəni səmərəli şəkildə təşkili üçün tamboylu turniket, müxtəlif funksiyalı giriş kontrol menecment sistemi, biometrik tanıma sistemlərini təklif edir.

Şirkət təqdim etdiyi müasir dizaynlı yarımboy sensor keçid sistemlərinin alqı-satqısı üçün ilə bağlı bir sıra qurumlarla, o cümlədən Bakı Metropoliteni ilə də danışıqlar aparır.

J. Schorn qeyd edib ki, “Kaba” şirkəti azərbaycanlı mütəxəssislər üçün Almaniyada yeni texnologiyalara dair seminarlar və treninqlər təşkil etməyi planlaşdırır.

Qeyd: Almanıyanın Bühl (Baden Baden) şəhərində fəaliyyət göstərən “Kaba Gallenschütz” şirkəti əsasən binaların və ərazilərin girişində tətbiq olunan turniketlər, sensor keçid sistemlər, şlüz kabinlər və karusel qapılar istehsal edir.

Back to top button