KADEX-2012” sərgisində iştirak edəcək jurnalistlərin akkreditasiyası başlayıb

May ayının 3-dən 6-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək ikinci “KADEX-2012” müdafiə sərgisində iştirak edəcək media əməkdaşlarının akkreditasiyası başlanıb. ADN-in məlumatına görə, sərgidə iştirak etmək istəyən jurnalistlər Qazaxıstan Müdafiə Nazirliyinin saytında yerləşdirilmiş xüsusi anket formasını doldurmalıdırlar. Doldurulmuş blank həmin KİV-in rəsmi blankına yerləşdirilməli və rəhbərliyi tərəfindən imzalanmalıdır.

Qeydiyyat blankları doldurulduqdan sonra [email protected] , [email protected] , [email protected] ünvanlarına göndərilməlidir. Xarici KİV-lərin nümayəndələri əlavə olaraq pasportların skanerdən çıxarılmış birinci səhifələrini də təqdim etməlidirlər.

Akkreditasiya 31 mart 2012-ci il tarixində başa çatır.

Əlavə məlumat üçün: www.mod.gov.kz

www.kadex.kz

KATEQORIYA: