“Kalaşnikov” istehsal həcmini 20 faiz artırıb

“Kalaşnikov” istehsal həcmini 20 faiz artırıb

2023-cü ilin yanvar və fevral aylarının yekunlarına görə, Rusiyanın “Kalaşnikov” konserninin bir sıra sahələrdə istehsal planı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20 faiz artımla yerinə yetirilib.

“Poliqon” xəbər verir ki, bunu “Kalaşnikov” konserninin prezidenti Alan Luşnikov deyib.

O bildirib ki, 2023-cü ildə konsernin qarşısında böyük vəzifələr durub və bu artım həm dövlət müdafiə sifarişlərinin, həm də mülki məhsul istehsalının həcmi ilə bağlıdır.

2022-ci ildə konsern dövlətin müdafiə sifarişi də daxil olmaqla rekord həcmdə məhsul istehsal edib. Ötən il silah və dəzgah istehsalı ilə əlaqədar konsern tarixindəki ən böyük müqavilələr imzalanıb.

Ötən il hasilatın artımı 40 faiz təşkil edib ki, bu da “Kalaşnikov” konserninin son illərdə qazandığı ən yüksək rəqəm olub.

Poliqon.az

CATEGORIES
TAGS