QuruXəbərlər

KARAOK sınaqlarda yüksək dəqiqliyini təsdiqlədi – VİDEO

Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən olan “Roketsan” tərəfindən hazırlanmış qısa mənzilli tank əleyhinə raket kompleksi KARAOK növbəti sınaq mərhələsini uğurla başa vurub.

“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, KARAOK sistemi 4 fərqli istifadəçi ssenarisi üzrə həyata keçirilən sınaq atışlarında 76, 400, 1400 və 2050 metr məsafələrdə yerləşən hədəfləri dəqiq şəkildə vurmağı bacarıb.

Beləliklə, bütün hədəfləri tam dəqiqliklə məhv edən bu kompleks, yüksək döyüş effektivliyini bir daha nümayiş etdirib.

“Hazırladığımız hər bir texnologiya ilə əsgərlərimizin sahədəki gücünə güc qatmağa davam edəcəyik”, – deyə şirkət tərəfindən vurğulanıb.

Back to top button