Laçının işğaldan azad edilməsindən iki il ötür

Laçının işğaldan azad edilməsindən iki il ötür

Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən iki il ötür.

“Poliqon” xatırladır ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altındakı torpaqlarımızı azad etmək üçün Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatlarının nəticəsində Ermənistan məğlub oldu.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu başa düşən Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonunun işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirib.

Azərbaycan Prezidenti İlham Əliyev 1 dekabr 2020-ci ildə televiziya ilə müraciətində Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Laçın rayonunun işğaldan azad edilməsi şərəfinə Azərbaycanda “Laçının azad olunmasına görə” medalı təsis olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Kəlbəcərin işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

26 avqust 2022-ci il tarixində Laçının Zabux və Sus kəndləri də nəzarətə götürülüb, Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib.

Poliqon.az

CATEGORIES
TAGS