
Litvanın Müdafiə Nazirliyi ilə Norveçin “Kongsberg” şirkəti arasında NASAMS hava hücumundan müdafiə sisteminin alğı-satqısına dair müqavilə imzalanıb.
“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Kongsberg” şirkəti məlumat yayıb.
Müqavilənin dəyəri 109 milyon avrodur.
Müqavilə oktyabrın 21-də imzalanıb. Sənədə əlavə avadanlıqla təchizat, təlim və inteqrə olunmuş logistik dəstək paketi daxildir.
Şirkətin prezidenti Eirik Lienin sözlərinə görə, “Kongsberg” və ABŞ-ın “Raytheon” şirkətinin birgə istehsal etdiyi NASAMS son illərdə NATO-da ən çox satılan hava hücumundan müdafiə sistemidir.



