MƏAK İctimai Birliyi əhaliyə müraciət edib

Cari ilin yanvar ayında 9 hadisə nəticəsində 10 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Nəticədə üç hərbçi və iki mülki şəxs həlak olub, dörd mülki şəxs və 1 hərbçi yaralanıb.
Bu barədə “Poliqon”a açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
Yanvarda minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Füzuli, Ağdam, Tərtər, Gubadlı, Cəbrayıl və Qaradağ rayonlarının ərazisində baş verib.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyət göstərir.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi bir daha mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar,” – deyə Hafiz Səfixanov bildirib.




