METEKSAN hava və quru hədəflərini izləyə bilən millimetrik radar üzərində işləri yekunlaşdırıb

METEKSAN şirkəti Türkiyənin ilk yerli milimetrik dalğalı radar sistemi olan MİLDAR üzərində işləri tamamlayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə METEKSAN şirkətinin məlumatında bildirilib.

Türkiyə Müdafiə Sənayesi Katibliyi, METEKSAN şirkəti və Bilkent Universitetinin ortaq şəkildə icra etdiyi MILDAR layihəsi yanvarın sonlarında tamamlanıb.

Hava vasitələrinin uçuş istiqamətləri boyunca ərazi maneəsinə çarpmalarının qarşısını alacaq olan radar sistemi vasitəsi ilə həm də quru vasitələri təsbit olunaraq izlənəcək. Dayanan hədəflərin detallı analizləri, hərəkətli hədəflərin də yüksək dəqiqlikli görünüşləri əldə ediləcək.

Türkiyədə millimetr dalğa tezliyində hazırlanıb reallaşdırılan ilk radar sistemi olma xüsusiyyəti daşıyan və “Ka” tezliyində çalışan MILDAR helikopter platformaları daxil olmaqla, pilotsuz uçuş aparatlarında da istifadə edilə biləcək.

Radar Darbe-Doppler (axtarış-izləmə) modulu vasitəsi ilə müəyyən məsafədədə hava və quru vasitələrinin təsbit etməklə yanaşı onları izləyəcək.

SAR (Synthetic Aparture Radar) modulu vasitəsi ilə istifadəçisinə dayanan hədəflərin detallı analizlərini verəcək radar sistemi hava vasitələrinin uçuş istiqamətləri boyunca, ərazi maneəsinə çarpmalarını önləyəcək.

ISAR (Inverse Synthetic Aparture Radar) modulu ilə MILDAR hərəkətli hədəflərin yüksək dəqiqlikli görünüşlərinin əldə edilməsini təmin edəcək.

Bundan başqa, MİLDAR Ərazi Profilini Təyinetmə moduluna malikdir.

KATEQORIYA: