
Mi-28UB təlim-döyüş helikopterlərinin ilk partiyası Rusiya Müdafiə Nazirliyinə təhvil verilməyə hazırdı.
Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Mi-28UB helikopterləri zavod sınaqlarının tamamlayıb. Helikopterlərin ilk partiyanın cari ilin noyabrında Rusiya Hava Kosmik Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.
Mi-28UB-nin analoqlarından əsas fərqi ikiqat idarə sisteminin olmasıdır. Yeni helikopterlər həm pilot-ekipaj komandirinin kabinəsindən, həm də pilot-operatorun kabinəsindən idarə oluna bilir.



