
“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti başda Türkiyə Silahlı Qüvvələri olmaqla, beynəlxalq tərəfdaşlarına yüksək keyfiyyətli və effektiv məhsullar təqdim edərək müdafiə sənayesinə və ölkə iqtisadiyyatına töhfə verməyə davam edir.
MKE-dən “Poliqon”a verilən xəbərə görə, son bir həftə ərzində şirkət tərəfindən müxtəlif təyinatlı hərbi məhsulların çatdırılması uğurla həyata keçirilib.
Bu çərçivədə Türkiyə Quru Qoşunları Komandanlığına 155 mm-lik sursatlar, Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına əl qumbaraları, həmçinin FNSS şirkətinə platformalar üçün PMT-76 pulemyotları təhvil verilib.
Bununla yanaşı, MKE-nin ixrac fəaliyyəti də davam edir. Şirkət tərəfindən Malayziya Quru Qoşunlarının inventarına daxil edilən HAR-66 yüngül tank əleyhinə raketlərin tədarükü imzalanmış müqavilə çərçivəsində mərhələli şəkildə həyata keçirilir.






