MN: Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb

MN: Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb

Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlu yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, qarşı tərəfin təxribatı nəticəsində yaralanan hərbi qulluqçuya dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib.

Hazırda qeyd olunan istiqamətdə mövqelərimizin atəşə tutulması davam edir. Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfinin törətdiyi təxribatın nəticələrinə görə bütün məsuliyyət məhz bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

CATEGORIES
TAGS