“Müdafiə və mühafizə – 2012” SƏRGİSİ – FOTO
Rusiyanın Nijni-Taqil şəhərində “Müdafiə və mühafizə – 2012” (Russian Defence Expo 2012) beynəlxalq müdafiə sərgisi işə başlayıb.Bu barədə “AzeriDefence” Rusiya KİV-lərinə istinadən məlumat verib.
Avqustun 25-dək davam edəcək sərginin ekspozisiyası 50 min kvadratmetrdən çox sahəni əhatə edir. Sərgidə hərbi, mühəndislik, xilasetmə, avtomobil texnikasının nümunələri nümayiş olunur. Ümumilikdə sərgidə Rusiya və 3 xarici dövlətdən 220-dən çox şirkət öz məhsullarını təqdim edir. Sərgiyə ziyarətçi qismində 27 ölkədən nümayəndə heyətləri qatılıb.
Bu gün ziyarətçilərə sərgiyə çıxarılmış texnikaların döyüş və istismar imkanlarının nümayiş olunub. Həmçinin “Meşə yanğınları: müasir texnologiyalar və yanğınla texniki mübarizə vasitələri” mövzusunda konfrans keçirilib.
Bu il ilk dəfə olaraq sərgidə polis qüvvələri üçün texnikalar nümayiş etdirilir. Onların arasında kütləvi tədbirlərdə video müşahidə aparmaq üçün dirijabl yer alır.
Sərgidə Rusiya hərbi sənayesinin son məhsullarından olan Forpost pilotsuz uçuş aparatı nümayişə çıxarılıb. Hazırda bu PUA-lar yalnız Rusiya Müdafiə Nazirliyi üçün istehsal edilir. Hərəkət radiusu 250 km təşkil edən və havada 18 saat qala bilən öu PUA-nın mülki məqsədlər üçün istifadəsi mümkündür.
Ural Optika-Mexanika Zavodu sərgidə Mi-17 tipli helikopterlər üçün nəzərdə tutulmuş QOES-337M müasirləşdirilmiş gecə-gündüz axtarış sistemini təqdim edib. Sistemin tərkibinə iki telekamera (bir rəngli və rəngli) daxildir. QOES-337M istənilən şəraitdə gecə-gündüz obyektlərin axtarışını, aşkar etməni və hədəflərin tanınmasını həyata keçirməyə icazə verir.
Sərgiyə ziyarətçi qismində MDB ölkələrindən Azərbaycanın Müdafiə və Fövqəladə Hallar nazirliklərinin nümayəndələri də qatılıblar.