Mühəndis-istehkam bölmələri cari ay ərzində 600 hektaradək ərazini minalardan təmizləyib

Mühəndis-istehkam bölmələri cari ay ərzində 600 hektaradək ərazini minalardan təmizləyib

Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində cari ilin may ayı ərzində 600 hektaradək ərazi minalardan tam təmizlənib.

Müdafiə Naziriyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 30420 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Ümumilikdə 10206 ədəd piyada əleyhinə, 2580 ədəd tank əleyhinə mina və 10446 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Qeyd edək ki, mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

Azad edilmiş ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.

Poliqon.az

CATEGORIES