“Navantia” və “Veercraft” gəmiqayırma şirkətləri memorandum imzalayıb

İspaniyanın “Navantia” və Cənubi Afrika Respublikasının (CAR) “Veercraft” gəmiqayırma şirkətləri BIRO layihəsi çərçivəsində CAR Hərbi Dəniz Qüvvələri üçün OPV və IPV sinifli gəmilərinin tikintisi ilə bağlı memorandum imzalayıblar. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Navantia” şirkəti məlumat yayıb.

Şirkətin məlumatına görə, bu memorandumun imzalanmasına ən böyük marağı CAR-ın HDQ göstərib. Hər iki şirkətin məqsədi isə öz potensiallarını cəmləşdirməklə daha müasir gəmi tikintisinə nail olmaqdır.

BİRO layihəsinə görə, texnologiya mübadiləsi sayəsində şirkətlər birgə olaraq hər birindən 3 ədəd olmaqla OPV (Offshore Patrol Vessel) və IPV (Inshore Patrol Vessel) sinfinə aid gəmilər tikəcək.

CATEGORIES