Niderland 18 ədəd NOMADS ZRK almağı planlaşdırır

Niderland 18 ədəd NOMADS ZRK almağı planlaşdırır

Niderland hökuməti ölkənin hava hücumundan müdafiə sistemini yeni NOMADS (Norwegian Maneuver Air Defence Systems) zenit-raket kompleksləri (ZRK) ilə gücləndirməyi planlaşdırır.

“Poliqon” “Army Recognition” nəşrinə istinadən xəbər verir ki, Niderland bu komplekslərdən 18 ədədini almağı planlaşdırır.

Niderland üçün yeni konfiqurasiyada hədəflərə artan zərər zonası yetirmək imkanı olan NOMADS kompleksi inkişaf etdiriləcək.

Qeyd olunur ki, Norveçin “Kongsberg” şirkəti yeni NOMADS ZRK-nin seriyalı istehsalına yalnız 2024-cü ildə başlayıb.

NOMADS ZRK raketlər və radiotexnika ilə təchiz edilmiş, yüksək keçidlikli tırtıllı şassi üzərində olan özüyeriyən döyüş maşınıdır. Belə bir kompleks tamhüquqlu döyüş vahididir və həm müstəqil, həm də digər sistem və vasitələrlə birlikdə hədəfləri axtarmağa və tutmağa qadirdir.

Kompakt modul sayəsində kompleksdə buraxma sistemindən əlavə, hava hədəflərini aşkar etmək və onları izləmək üçün istifadə olunan radiolokasiya stansiyası (RLS) da var. Belə ki, Danimarkanın “Weibel Scientific” şirkətinin istehsalı olan “XENTA-M” ailəsinin X diapazonlu aktiv fazalı antena şəbəkəki radiolokasiya stansiyası kompleksə inteqrasiya edilib. RLS-in hava hədəflərinin aşkarlama məsafəsi 75 km-ə çata bilir.

NOMADS ZRK hər birində iki zenit raketi olan iki buraxma konteyneri ilə təchiz olunub. Kompleksin ilkin sınaqları “Diehl Defence” şirkətinin IRIS-T raketləri ilə aparılıb, lakin bu raketin istehsalı ilk növbədə Ukrayna üçün nəzərdə tutulub.

Nəticədə, Norveç Silahlı Qüvvələri və “Konqsberq” şirkəti ABŞ-nin “Raytheon” konserninin AIM-9X “Sidewinder Block II” raketlərindən istifadə etmək qərarına gəliblər. Bu raketin çəkisi təxminən 85 kq, döyüş başlığının çəkisi 9,4 kq-dır və infraqırmızı özütuşlama başlığından istifadə etməklə idarə olunur. Yerüstü qurğudan atış məsafəsi 10 kilometrə qədərdir.

Texniki və döyüş xüsusiyyətlərinə görə IRIS-T raketi AIM-9X raketinə bənzəyir, lakin 15 kilometrə bərabər daha uzun uçuş məsafəsinə malikdir.

Zenit-raket kompleksinin özü Almaniyanın “Flensburger Fahrzeugbau GmbH” şirkəti tərəfindən hazırlanmış ACSV G5 (Armoured Combat Support Vehicle G5) döyüş maşınının tırtıllı zirehli şassisi üzərində hazırlanıb. Onun istehsalı Norveçdə “Ritek” müəssisəsində lokallaşdırılıb.

Qeyd etmək lazımdır ki, NOMADS ZRK öz sinfi üçün yüksək göstəricilərə malikdir və bir sıra üstünlüklərə malikdir. Bununla belə, onun faktiki effektivliyini azalda biləcək mənfi cəhətləri də var.

Onun üstünlüklərinə istehsalın nisbətən asanlığı daxildir. Bu, hazır komponentlərdən istifadə etməklə əldə edilir. Üstəlik, kompleks hava hədəflərini aşkar etmək və vurmaq üçün kifayət qədər yüksək diapazona malikdir.

İstifadə olunan tırtıllı şassi ərazidə yüksək keçidlik qabiliyyətini təmin edir. NOMADS ZRK marşda istənilən qoşunu müşayiət etmək və onları himayə etmək qabiliyyətinə malikdir.

Bunlarla yanaşı, NOMADS ZRK-nin bir sıra əhəmiyyətli çatışmazlıqları da var. Onlardan biri hərəkət edərkən işləyə bilməməsidir. Hava hədəflərini aşkar etmək və silahlardan istifadə etmək üçün NOMADS ZRK dayanmalı və radiolokasiya antenasının dirəyini qaldırmalıdır. Antena qaldırılmış vəziyyətdə işləyərkən hərəkət etmək mümkün deyil.

Kompleks raketlər üçün maili istiqamətləndiricilərlə təchiz edilib və raketlər yalnız ön yarımkürəyə buraxılır. Bu da o deməkdir ki, kompleks eyni zamanda məhdud eni olan yalnız bir sektoru idarə edə və atəşə tuta bilər. Başqa istiqamətlərdən hücum etmək üçün bütün maşın döndədirilməlidir.

Xatırladaq ki, Almaniya hökuməti Ukrayna Müdafiə Qüvvələrinin ehtiyacları üçün Norveçin NOMADS zenit-raket kompleksini almaq imkanını nəzərdən keçirir. Bundan başqa, Almaniya Ukraynanı ABŞ-nin AIM-9X “Sidewinder Block II” raketləri ilə birlikdə sistem tərəfindən istifadə edilə bilən IRIS-T raketləri ilə təmin edə biləcək.

Əhəd Vahidoğlu

CATEGORIES