Növbəti “Aksungur” PUA-lar sifarişçiyə təhvil verilib

Növbəti “Aksungur” PUA-lar sifarişçiyə təhvil verilib

TUSAŞ şirkəti tərəfindən istehsal edilən iki ədəd “Aksungur” pilotsuz uçuş aparatı (PUA) Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” hesabında paylaşım edib.

2021-ci ilin oktyabr ayında silahlanmaya qəbul edilən “Aksungur” PUA 750 kq faydalı yük daşıya və 50 saatdan çox havada qala bilir. PUA fasiləsiz kəşfiyyat, müşahidə, nəzarət və hücum tapşırıqlarını yerinə yetirmə qabiliyyətlərinə malikdir.

Xatırladaq ki, hərbi məqsədlər üçün nəzərdə tutulan “Aksungur” pilotsuz uçuş aparatı cari ilin fevral ayında Türkiyənin zəlzələ baş verən bölgəsində axtarış-xilasetmə əməliyyatlarına da cəlb olunmuşdu.

Bu vaxt “Aksungur” PUA əməliyyat ərazisində hərbçilərin fasiləsiz və dayanıqlı rabitə əlaqəsi üçün inkişaf etdirilən ULAK 4.5G baza stansiyası ilə həm axtarış-xilasetmə işlərinin yerinə yetirilməsi üçün mərkəzə real zamanlı görüntü ötürmüş, həm də bölgədəki vətəndaşlara mobil telefon rabitə xidməti təmin etmişdi.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş