Növbəti İl-76MD-90A təyyarəsi yerli sifarişçiyə təhvil verilib
“Birləşmiş Aviasiya Korporasiyası”nın (UAC) “Aviastar” müəssisəsi tərəfindən seriyalı istehsal edilən növbəti İl-76MD-90A hərbi nəqliyyat təyarəsi Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.
Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verib.
Bildirilib ki, İl-76MD-90A, İl-76MD təyyarəsinin dərindən modernləşdirilmiş versiyasıdır. O, hərbi texnikanın, şəxsi heyətin və yüklərin daşınması üçün nəzərdə tutulub.
Hazırda 2023-cü ilin istehsal proqramı ilə nəzərdə tutulmuş daha bir neçə İl-76MD-90A nəqliyyat təyyarəsi “Aviastar”ın istehsal xəttində yığılmaqdadır.